Xəbər lenti

Dünya 12:27 22.08.2023

Aİ Ukraynanı F-16 ilə təmin edəcək ölkələrin xərclərini ödəyəcək

Avropa İttifaqı bloka üzv ölkələrin Ukraynaya verəcəkləri F-16 döyüş təyyarələrinin dəyərinin bir hissəsini maliyyələşdirəcək.

Qaynarinfo "Europa Press"ə istinadən xəbər verir ki, bunu Aİ-nin ali nümayəndəsi Cozep Borrell deyib.

O, həmçinin ABŞ-ın Danimarka və Niderlanda F-16-ların Ukraynaya göndərilməsinə razılıq verməsinə reaksiya verərək izah edib ki, bu Aİ ilə razılaşmanın nəticəsi deyil, öz əlaqələrini koordinasiya etmək üçün qrup yaradan bir neçə ölkənin müəyyən dərəcədə ikitərəfli qərarlarıdır.
 
Bununla belə, Borrel vurğulayıb ki, təşəbbüskar ölkələrdən belə bir tələb olarsa, Aİ xərclərin "bir hissəsini inamla” maliyyələşdirəcək.

Borrell qırıcı təyyarələrin Ukraynaya dəstək verə biləcəyinə ümid etdiyini bildirib, lakin etiraf edib ki, onlar tezliklə döyüşə göndərilməyəcək, çünki ilk növbədə pilot hazırlığı lazımdır və bu, uzun zaman tələb edir.

"Ancaq nə qədər tez başlasaq, bir o qədər yaxşıdır", deyə Borrell bildirib.

O, həmçinin qeyd edib ki, Ukraynanın çoxdan hava dəstəyi və uzaq mənzilli raketlərə ehtiyacı var. Onun fikrincə, onlar Rusiyanın Ukrayna şəhərlərini cavab tədbiri olmadan atəşə tutmasının qarşısını almaq üçün çox lazım olacaq.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?