Xəbər lenti

Almanların 74 faizi Şoltsdan narazıdır
Dünya 22:18 09.12.2023

Almanların 74 faizi Şoltsdan narazıdır

Əksər almanların fikrincə, kansler Olaf Şolts öz vəzifələrini yerinə yetirməkdə zəif işləyir. 

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu, beynəlxalq "YouGov" şirkətinin sosioloji sorğusunun nəticələridir.

"Almanların əksəriyyəti - 74 faizi Olaf Şoltsun ​​federal kansler kimi pis iş gördüyünə inanır", deyə nəşr sorğunun nəticələrinə istinadən yazır.

Respondentlərin 20 faizi əks fikirdədir. Ümumilikdə Almaniya hökumətinin işini respondentlərin 73 faizi mənfi, 22 faizi isə müsbət qiymətləndirir. Sorğuda 2119 nəfər iştirak edib.

Dekabrın 7-də, demək olar ki, oxşar sorğu nəticələri "İnfratest dimap" tədqiqat institutu tərəfindən dərc edilmişdi. Bu sorğunun nəticlərinə əsasən, almanların yalnız 20 faizi Almaniya kansleri Olaf Şoltsun fəaliyyətindən razıdır ki, bu, 1997-ci ildən sosioloji tədqiqatlara başlanılandan bəri ölkə hökumətinin başçısının populyarlığının ən aşağı göstəricisidir.

Dekabrın 5-də ictimai rəy institutu "Forsa" bildirib ki, Şoltsun alman cəmiyyətində reytinqi daha da aşağıdır - Almaniya vətəndaşlarının yalnız 10 faizi onu güclü lider hesab edir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->