Xəbər lenti

Şamaxıda əməliyyat: Kafe qumarxana çıxdı
Ölkə 11:31 08.02.2025

Şamaxıda əməliyyat: Kafe qumarxana çıxdı

Şamaxıda qumarxana aşkarlanıb.

Qaynarinfo xəbər verir ki, Şamaxı Rayon Polis Şöbəsinə rayonun Sabir qəsəbəsində yerləşən kafelərin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Görülən tədbirlərlə həmin obyektdə qumar oyunları oynayan E.Allahverdiyev, Z.Nəsibov, T.Pənahov və Ə.Quliyev, eləcə də obyektin sahibi N.Məlikov saxlanılıblar.

Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->