İdman 20:30 09.12.2023

Ançelotti Mbappenin transferindən danışmaqdan imtina etdi

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti PSJ-nin futbolçusu Kilian Mbappenin mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirməyəcəyini deyib.

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkələrdə məlumat verib.

Ançelotti "Mbappe, klubda baş verəcəklər və mənim gələcəyimlə bağlı məlumatları şərh etməyəcəyəm", deyə bildirib.

AS dekabrın 6-da bildirib ki, "Los Blancos" rəhbərliyi 24 yaşlı forvardın nümayəndələri ilə 2024-cü il yanvarın 1-də müqavilə təklifi ilə əlaqə saxlamağı planlaşdırır. Futbolçunun qərar verməsi üçün iki həftə vaxtı olacaq.

Aydın