Xəbər lenti

İdman 22:00 12.02.2024

Ançelotti üçün dünyanın ən yaxşısı kimdir? - Nə Ronaldo, nə Messi...

"Real”ın baş məşqçisi Karlo Ançelotti dünyanın ən yaxşı oyunçusunun kim olduğunu açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, təcrübəli mütəxəssis seçimində nə Lionel Messi, nə də Kriştiano Ronaldonun adını çəkib. 

İspaniya La Liqasında "Jirona” ilə matçdan sonra keçirilən mətbuat konfransında sualları cavablandıran Ançelotti məhz öz komandasının braziliyalı vingeri, Vinisius Junioru fərqləndirib. O, açıqlamasında "Vinisius indi dünyanın ən yaxşı futbolçusudur. İkinci sırada Bellinqem, üçüncüdə Rodriqo və Valverde var. Beşinci Kamavinqa, altıncı da Toni Kroosdur” - sözlərini söyləyib.

İspaniya la Liqasının 24-cü turu çərçivəsində baş tutan qarşılaşma "Real”ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Madrid klubununun qollarını Vinisius, Bellinqem (2) və Rodriqo vurub.

Səbuhi Həsənov 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->