Xəbər lenti

İdman 11:34 13.06.2022

Andrea Pirlo Türkiyə Superliqasında

Türkiyə Superliqası təmsilçisi "Fatih Karagümgrük"ün yeni baş məşqçisi müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, Volkan Dəmirəlin gedişindən sonra boş qalan baş məşqçi postuna İtaliya futbolunun tanınmış siması Andrea Pirlo gətirilib.  

Bu barədə klub rəsmi məlumat yayıb. Pirlonun Türkiyə klubu ilə gələn yaya qədər müqavilə imzalandığı bildirilib. Çərşənbə axşamı, iyunun 14-də İtaliya millisinin sabiq üzvü üçün imzalanma mərasimi keçiriləcək.

Futbolçu kimi "İnter”, "Milan” və "Yuventus”da forma geyinən, başda FİFA Dünya Kuboku, UEFA Çempionlar Liqası, İtaliya A Seriyası olmaqla bir çox çempionluqlar qazanan 43 yaşlı Pirlo 2020-ci ildə məşqçilik karyerasına başlayıb. 

Pirlo "Yuventus”u çalışdırdığı 2020-2021 mövsümündə İtaliya Kuboku və İtaliya Superkubokunun qalibi olub.

"Fatih karagümrük" bu mövsüm Türkiyə Superliqasını 8-ci pillədə başa vurub.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->