Xəbər lenti

İdman 10:47 28.06.2023

Andrea Pirlonun yeni klubu rəsmən açıqlandı

Ötən mövsüm bitdikdən sonra Türkiyədə "Karagümrük"lə yollarını ayıran İtaliya futbolunun canlı əfsanəsi Andrea Pirlonun yeni klubu müəyyənləşib.

Qaynarinfo-nun məlumatına görə, məşqçilik karyerasını ölkəsində davam etdirəcək Pirlo "Sampdoria"nın "sükanı" arxasına keçib. Bu barədə klubun rəsmi saytı vasitəsilə elan verilib.

İtaliya təmsilçisi keçmiş futbolçu ilə ikiillik müqavilə imzaladığını açıqlayıb. Açıqlamada Nikola Leqrotali və Lorenzo Cianinin Pirlonun köməkçiləri təyin olunduğu bildirilib.

Pirlo Türkiyədə "Karagümrük"lə yanaşı, İtaliyada "Yuventus"u da çalışdırıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->