Sənət 15:15 19.03.2023

Asəf Zeynallının məzarı bərbad vəziyyətdədir (FOTO)

"Çoxdandır məni narahat edən bir məqam var. Təxminən 3 ay bundan öncə mərhum bəstəkar Asəf Zeynallının məzarını ziyarət etdim. Çox yazmayacam. Baxımsız vəziyyətdədir. Bir neçə gün öncə yenə də ziyarət etdim. Bu kişi cəmi 23 il ömür yaşadı amma bu balaca ömrə böyük Azərbaycan mədəniyyəti yaratdı".

Qaynarinfo xəbər verir ki, bu sözləri tarzən Humay Qədimova sosial şəbəkədə yazıb. Görkəmli Azərbaycan bəstəkarı Asəf Zeynallının məzarından fotolar paylaşan musiqiçi bildirib ki, məzar uzun illərdir bərbad vəziyyətdədir.

Humay Qədimova məsələ ilə bağlı aidiyyəti yerlərə müraciət etdiyini bildirib.

"Qeyd edim ki, mən Asəf Zeynallı adına kollecin məzunuyam və 15 ildir həmin kollecin müəlliməsiyəm. Allah rəhmət etsin! ", - tarzən yekunda bildirib.

Xatırladaq ki, bir neçə il öncə də bəstəkar Asəf Zeynallının məzarının bərbad vəziyyətdə olması mediada işıqlandırılmışdı.

Asəf Zeynallı Azərbaycan milli romans, piano və simfonik musiqinin banisi sayılır. Dahi Üzeyir Hacıbəyovun sinfini bitirmiş A.Zeynallı Tofiq Quliyev və Qara Qarayev kimi bəstəkarlara dərs keçib.