Xəbər lenti

Atayev vurduğu qol haqda danışdı:
İdman 12:43 24.08.2023

Atayev vurduğu qol haqda danışdı: "Baxımlı alındı"

"İstənilən turnirdə qrupun ilk oyunu çətin keçir. Bu gün böyükhesablı qələbə qazansaq da, bunu hiss etdik”.
 
Qaynarinfo-nun məlumatına görə, bu sözləri "Araz-Naxçıvan”ın hücumçusu İsa Atayev deyib.

UEFA Çempionlar Liqasının ilk matçında Türkiyənin "İstanbul Şişli” komandası ilə qarşılaşan təmsilçimiz böyükhesablı qələbə qazanıb. Hesabda üstünlüyün əldə olunmasında pay sahibi olan Atayev dubl edib. O, xüsusilə özünün vurduğu birinci qolla diqqət çəkib. Qapıçının başı üzərindən topu tora qovuşduran hücumçu təəssüratlarını bu cür ifadə edib: "Epizod zamanı çox rahat idim. Soyuqqanlı şəkildə topu qapıçının başı üzərindən atdım. Baxımlı bir qol alındı”.

İsa Atayev bu gün qarşılaşacaqları "Yahn Regensburq” haqda da danışıb: "Almaniya çempionu düşünüldüyü qədər də zəif rəqib deyil. Bu gün onlar da ilk oyununu keçirdilər. Rəqibləri liderliyə iddialı "Riqa” komandası idi. Hesabı açdılar və matçın başa çatmasına 6 dəqiqə qalana qədər üstünlüklərini qorudular. Sonda gücləri çatmadı. Əsasən müdafiəyə diqqət yetirir, əks-hücumlar zamanı qol vurmağa çalışırlar. Əlbəttə, diqqətli olmalı, hər fürsəti dəyərləndirməliyik. Qələbə qazanmaq və hədəfə doğru irəliləmək istəyirik”.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->