Xəbər lenti

ATƏT-in sədri İrəvanda: XİN-də Mirzoyanla görüş keçirildi
Dünya 11:16 13.04.2023

ATƏT-in sədri İrəvanda: XİN-də Mirzoyanla görüş keçirildi

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin İrəvana işgüzar səfəri başlayıb.
 
Qaynarinfo xəbər verir ki, bu haqda Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xarici işlər naziri Ararat Mirzoyan və Buyar Osmani arasında təkbətək görüş başlayıb, ardınca isə geniş tərkibdə görüş keçirilib.

ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistanın prezidenti, baş naziri və digər yüksək rütbəli rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Bundan əvvəl ATƏT-in baş direktoru Buyar Osmani Azərbaycanda səfərdə olub və bu ölkənin ali rəhbərliyi ilə görüşlər keçirib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->