Xəbər lenti

İdman 21:52 17.06.2023

AVRO-2024: Azərbaycan millisi Estoniyaya da qalib gələ bilmədi

Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, Canni De Byazinin kollektivi tsikldə ilk ev matçına çıxıb.

Yığma özü kimi, seçmə mərhələdə hələ də xal qazana bilməyən Estoniya seçməsini qəbul edib. "Dalğa Arena”da baş tutan qarşılaşmanın birinci hissəsi qonaqların üstünlüyü şəraitində keçib. Nəticədə 27-ci dəqiqədə Rauno Sappinen hesabı açıb.

Fasilədən sonra heyətdə edilən əvəzləmələrlə ikinci hissəyə daha sürətli başlayan Azərbaycan millisi 62-ci dəqiqədə hesabı bərabərləşdirib. Künc zərbəsindən ötürməni Anton Krivotsyuk başla qola çevirib.

Komandaların qalan dəqiqələrdəki cəhdləri bir nəticə verməyib və oyun 1:1 hesabı ilə başa çatıb. Beləliklə, hər iki yığma seçmə mərhələdə ilk xalını qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk iki oyununda Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə məğlub olub. Yığma növbəti matçını sentyabrın 9-da evdə Belçika seçməsinə qarşı keçirəcək.

AVRO-2024
Seçmə mərhələ
F qrupu, III tur

17 iyun
Azərbaycan - Estoniya 1:1
Qollar: Anton Krivotsyuk, 62 - Martin Miller, 27.
Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 6. Höccət Haqverdi, 3. Elvin Cəfərquliyev, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev, 16. Elvin Camalov, 9. Renat Dadaşov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Yusif İmanov, 2. Amin Seydiyev, 5. Anton Krivotsyuk, 7. Namik Ələskərov, 13. Qismət Alıyev, 14. Rüstəm Əhmədzadə, 17. Toral Bayramov, 18. Çoşqun Diniyev, 19. Filip Ozobiç, 21. Emil Səfərov, 22. Musa Qurbanlı.
Baş məşqçi: Canni De Byazi.
Estoniya: 12. Karl Yakob Heyn, 2. Myarten Kuusk, 3. Marko Lukka, 4. Mattias Kyayt, 6. Rasmus Peetson, 8. Henri Anier, 14. Konstantin Vassilyev (k), 15. Rauno Sappinen, 17. Martin Miller, 18. Karol Mets, 19. Vlasi Sinyavski.
Ehtiyat oyunçular: 1. Matvey İqonen, 22. Karl Andre Vallner, 5. Rokko Robert Şeyn, 7. Georgi Tunyov, 9. Erik Sorqa, 10. Martin Vetkal, 11. Henrik Oyamaa, 13. Mixael Lilander, 16. Sten Reinkort, 20. Markus Poom, 21. Nikita Baranov, 23. Tayo Teniste.
Baş məşqçi: Tomas Heberli.
Baş hakim: Andrey Berka (Çexiya).
Bakı, "Dalğa Arena”

Xal durumu: Avstriya - 6. Belçika - 3. İsveç - 3. Estoniya - 1. Azərbaycan - 1.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->