UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sabah" bu gün Sloveniyanın "Selye" komandası ilə cavab matçına çıxacaq.
Qaynarinfo xəbər verir ki, qarşılaşma Sloveniyanın Sele şəhərindəki eyniadlı stadionda baş tutacaq.
Bakı vaxtı ilə 22:00-da start götürəcək görüşü Bolqarıstandan olan hakimlər briqadası idarə edəcəklər.
Xatırladaq ki, komandalar arasında Bakıda baş tutan ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab görüşü
17 iyul
22.00 Selye (Sloveniya) - Sabah (Azərbaycan)
Baş hakim: Draqomir Draqanov (Bolqarıstan).
İlk oyun - 3:2.
Şərhlər