ABŞ Prezidenti Donald Tramp futbol üzrə dünya çempionatının yarımfinalında Argentina millisinə məğlubiyyətdən sonra İngiltərə yığmasının baş məşqçisi Tomas Tuhelin taktikasını tənqid edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Çempionat” məlumat yayıb.
"İngiltərənin əla futbolçusu var, onunla qolf oynayıram - Keyn. Düşünürəm ki, onlar bəlkə də onu müdafiə oyunçusu etməklə səhvə yol verdilər. Amma mən futboldan nə anlayıram ki? Onlar hesabda önə keçdilər, ən yaxşı oyunçularını götürüb müdafiəyə qoydular”, deyə Tramp bildirib.
Qeyd edək ki, yarımfinal görüşündə Argentina İngiltərəni 2:1 hesabı ilə məğlub edib. Turnirin finalı iyulun 19-da Nyu-Yorkda keçiriləcək və Argentina ilə İspaniya qarşılaşacaq. İspaniya daha əvvəl Fransanı 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
Aydın
Şərhlər