DÇ-2026-da üçüncü yer uğrunda oyun keçirilib.
Qaynarinfo xəbər verir ki, bürünc medal uğrunda oyunda Fransa və İngiltərə milliləri üz-üzə gəlib.
Qarşılaşma ABŞ-ın Mayami şəhərində yerləşən "Mayami Stadium”da oynanılıb. Gərgin oyun şəraitində keçən matçda İngiltərə millisi 6:4 hesabı ilə qalib gəlib. Beləliklə, İngiltərə yığması 60 il sonra mundial medalı qazanıb.
Tomas Tuxelin rəhbərlik etdiyi kollektivin heyətində Deklan Rays (3), Ezri Konsa (18), Bukayo Saka (37, 45+1, 87-p.) və Cud Bellinqem (90+8) fərqləniblər. "Xoruzlar"dan isə Kilian Mbappe (48, 66) Bradli Barkola (54) və Usman Dembele (90+6) adını tabloya yazdırıblar.
Qeyd edək ki, Fransa yarımfinalda İspaniyaya uduzaraq final şansını itirmişdi. İngiltərə isə Argentina ilə görüşdə məğlub olmuşdu.
Onu da qeyd edək ki, DÇ-2026-nın final matçında İspaniya və Argentina yığmaları qarşılaşacaq. Bu oyun isə iyulun 19-u Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Şərhlər