Xəbər lenti

Dağ Kəsəməndə sel fəsadlar törətdi (FOTO)
Ölkə11:14 19.07.2026

Dağ Kəsəməndə sel fəsadlar törətdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağstafanın Dağ Kəsəmən kəndində sel bir sıra fəsadlar törədib.
"Report"un Qərb bürosunun məlumatına görə, güclü yağışdan sonra gecə saatlarında kəndə sel gəlib.
Təbiət hadisəsi bir sıra problemlər yaradıb. Kəndarası yollarda gediş-gəliş çətinləşib, arxlar daşıb. Sel suları evlərin həyətyani sahələrinə dolub.
Hazırda yaranan vəziyyətin aradan qaldırılması istiqamətində tədbirlər görülür. Əraziyə ağır texnikalar cəlb olunub. Arxların təmizlənməsi işləri aparılır.