Avstriyanın müdafiə naziri Klaudiya Tanner deyib ki, Vyana neytral statusuna görə Ukraynanı öldürücü silah və sursatla təmin etmir.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, o, ölkənin Kiyevə başqa yollarla kömək etdiyini vurğulayıb.
"Biz Ukraynaya başqa yollarla kömək edirik, humanitar və maliyyə yardımı köçürür, qaçqınları qəbul edirik. Etmədiyimiz yeganə şey öldürücü silah və sursat tədarük etməkdir”, deyə Tanner bildirib.
O qeyd edib ki, hərbi təchizat Avstriya üçün məcburi deyil. Bundan əlavə, Vyana Kiyevə yardım sayəsində ehtiyatlarını tükənmiş digər Avropa İttifaqı (Aİ) ölkələrinə sursat ötürmür.
Aydın
Şərhlər