İdman 13:14 21.02.2023

Azərbaycan çempionlarına 25 min manat mükafat verildi

Kişi və qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb.

Qaynarinfo-nun məlumatına görə, ölkə çempionatında beynəlxalq usta normasını yerinə yetirən Nərmin Abdinovaya müvafiq sertifikat verilib.

Ümumi mükafat fondu 25 000 manat təşkil edən kişi şahmatçılar arasında Azərbaycan çempionatının qalibi Vasif Durarbəyli olub. Vüqar Əsədli ikinci, Eltac Səfərli üçüncü yeri tutub.

Mükafat fondu 15 000 manat olan qadın şahmatçıların çempionatında isə Gövhər Beydullayeva qızıl medal qazanıb. Xanım Balacayeva və Səbinə İbrahimova müvafiq olaraq ikinci-üçüncü yerlərdə qərarlaşıblar.
 
Səbuhi Həsənov