Xəbər lenti

Siyasət 14:15 02.02.2024

"Azərbaycan Ermənistana ərazi iddiaları irəli sürmür" - Hüquqşünas

"Ermənistan bu kimi əsassız açıqlamalarla vaxtı uzatmağa çalışır. Bunlar sülh müqaviləsindən qaçmaq üçün atılan bəhanələrdir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Ermənistan parlamentinin sədri Alen Simonyanın ölkəsində yeni Konstitusiya məsələsinin gündəmə gəlməsi fonunda Azərbaycan Konstitusiyası, hüquqi aktlarında da dəyişdirilməsi vacib müddəaların olması barədə səsləndirdiyi fikri şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, Ermənistan Azərbaycan Konstitusiyasının hansısa müddəasının dəyişdirilməsini tələb edə bilməz:
 


"Çünki Azərbaycan Konstitusiyasında Ermənistana ərazi iddialarına əsas verən bilən heç bir müddəa yoxdur. Amma müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisi olmasından söhbət gedirsə, bu tamam başqa bir məsələdir. Bu ərazi iddiaları məsələsi deyil. Düzdür, belə variantı nəzərdən keçirmək olar. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 113 min kv.km-dən çox idi. Sovet imperiyası dövründə isə həmin ərazilərimiz hissə-hissə kəsilərək Ermənistana verilib. Ermənistan Konstitusiyasında isə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına əsas verə bilən müddəalar var. Ermənistan Konstitusiyasında, bu ölkənin suverenliyi haqqında 1991-ci il bəyannaməsinə istinad olunur. Həmin bəyannamədə isə Azərbaycan ərazisi olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistan ərazisi kimi təqdim olunur. Ermənistan Ali Sovetinin 1987-ci ildə keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qanunsuz qərarı da var. Bunlar o deməkdir ki, Ermənistan bu günün özündə də Konstitusiyasında qanunsuz olaraq Azərbaycana ərazi iddiaları irəli sürməkdə davam edir". 

Qulamhüseyn Əlibəyli qeyd edib ki, Ermənistan gerbində Ararat dağı adlandırılan, Ağrı dağının təsviri isə Türkiyəyə ərazi iddiası kimi nəzərdən keçirilir:

"Azərbaycan Konstitusiyasında isə belə bir müddəa tapmaq mümkün deyil. Ermənistan siyasiləri belə fikirlərlə vaxtı uzatmaq istəyirlər ki, nəyəsə nail olsunlar".  

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsinin Konstitusiya dəyişikliyinin Azərbaycanın tələbi və ya danışıqlarla bağlı olduğu barədə sualı cavablandırarkən, anoloji sualın İrəvan tərəfindən qaldırıldığını da bildirib. Ardınca o, qeyd edib ki, Azərbaycan Konstitusiyası və hüquqi aktlarında da dəyişdirilməsi vacib bəzi müddəalar var:

"Ermənistanın apardığı bütün danışıqlar güzgü tək keçirilir. Yəni gələcək dünyanı daha davamlı etmək üçün hər hansı bir eyham və ya təklif varsa, bu həm Azərbaycana, həm də Ermənistana aiddir". 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->