Xəbər lenti

AFFA rəsmisi "Fənərbağça"nın oyununa təyinat aldı
İdman19:48 04.02.2025

AFFA rəsmisi "Fənərbağça"nın oyununa təyinat aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.

Qaynarinfo xəbər verir ki, o, Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Fənərbağça” (Türkiyə) – "Anderlext” (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma fevralın 13-də İstanbuldakı "Şükrü Saracoğlu” stadionunda baş tutacaq.