Donald Tramp tərəfindən Ticarət Nazirliyinin rəhbəri postuna namizəd göstərilən Hovard Lyutnik Bayden administrasiyası tərəfindən tətbiq edilən odlu silahların ixracına məhdudiyyətlərin yenidən nəzərdən keçiriləcəyini bəyan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Reuters məlumat
yayıb.
Bayden administrasiyası 2024-cü ilin aprel ayında odlu silahların məqsədindən kənar istifadəsi riskinin yüksək olduğu 36 ölkənin qeyri-dövlət alıcılarına satışını məhdudlaşdırıb. Bundan əvvəl isə 2023-cü ildə ixraca müvəqqəti fasilə verilmişdi.
O zaman ABŞ Ticarət Nazirliyi bu məhdudiyyətlərin ölkənin orta illik odlu silah ixracını 7% və ya 40 milyon dollar azaldacağını proqnozlaşdırırdı.
Lakin senator Erik Şmit məhdudiyyətlərin ABŞ istehsalçılarına hər il yüz milyonlarla dollara başa gəldiyini bildirib. Sənaye assosiasiyalarının hesablamalarına görə, 2023-cü ildə satışlardan itkilər 238 milyon dollar təşkil edib.
Qeyd olunur ki, Senatın Ticarət Komitəsi çərşənbə günü Lyutnikin namizədliyini səsverməyə çıxaracaq.
Alpər
Şərhlər