Xəbər lenti

AZAL təyyarəsinin idarəetmə sistemləri itirildikdən 8 dəqiqə sonra
Ölkə 21:50 04.02.2025

AZAL təyyarəsinin idarəetmə sistemləri itirildikdən 8 dəqiqə sonra "Kover" əməliyyatı barədə məlumat verilib

Qəzaya uğramış "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin idarəetmə sistemləri itirildikdən 8 dəqiqə sonra "Kover" əməliyyatı barədə məlumat verilib.


Qaynarinfo xəbər verir ki, bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatında qeyd olunub.


"05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispteçer "Kover” əməliyyatı barədə Qroznıya məlumat verir. Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmamışdır", – hesabatda bildirilib.


Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.


Fevralın 2-də Qazaxıstan Nəqliyyat Nazirliyi qəza ilə bağlı ilkin hesabatı təqdim edib.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->