XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycan gəmisi Türkmənistanda milli adət-ənənələrə uyğun qarşılandı (FOTO)
Ölkə16:44 13.05.2021

Azərbaycan gəmisi Türkmənistanda milli adət-ənənələrə uyğun qarşılandı (FOTO)

Türkmənistanın Türkmənbaşı limanına ilk dəfə yan alan "Azərbaycan” Ro-Pax gəmi-bərəsinin milli adət-ənənələrə uyğun qarşılanma mərasimi olub.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən Oxu.Az-a verilən məlumata əsasən, türkmənistanlılar ASCO dənizçilərinə yeni gəminin istismarı münasibətilə xeyir-dua verib və uğurlu səfərlər arzulayıblar. 
Öz növbəsində gəmi heyəti də bu isti qarşılanmaya görə təşəkkür ediblər.
Qeyd edək ki, "Azərbaycan” ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan ilk Ro-Pax tipli gəmi-bərədir. Gəmi bu ilin martında istismara verilib. Gəminin ilk səfəri 7 may tarixində Qazaxıstanın Kurık limanına olub.