Xəbər lenti

Azərbaycan klubundan yenilik - MilliÖn...
İdman 11:52 19.07.2023

Azərbaycan klubundan yenilik - MilliÖn...

Yeni mövsümdən İkinci Liqada mübarizə aparacaq "Göygöl" maraqlı addım atıb.

Qaynarinfo-nun məlumatına görə, klub ona dəstək olmaq istəyən azarkeşlərin rahatlığı üçün onlayın sistemə daxil olub. Belə ki, kluba dəstək olmaq istəyən azarkeşlər yardımlarını MilliÖn ödəmə terminalı vasitsəilə həyata keçirə biləcəklər. 

Klub verdiyi elanda "Azərbaycanda ilk dəfə ölkə futbolunda "crowdfunding” prinsipi ilə dəstək platformasını başlatdığımızı qürur hissi ilə elan edirik! Bu gündən etibarən Respublikanın "MilliÖn” terminallarından Göygöl Futbol Klubuna dəstək ola bilərsiz. Hər birinizi futbolun inkişafı istiqamətinə ianə etməyə dəvət edirik. Gəlin ölkə futbolunu birlikdə inkişaf etdirək!" - sözlərindən istifadə edib. 
 
 
 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->