Xəbər lenti

Azərbaycan millisi Avropa Kubokunun final mərhələsinə yüksəldi (YENİLƏNİB)
İdman 20:55 14.06.2026

Azərbaycan millisi Avropa Kubokunun final mərhələsinə yüksəldi (YENİLƏNİB)

Kosovonun paytaxtı Priştina şəhərində 3x3 basketbol üzrə Avropa Kuboku 2026-nın seçmə mərhələsinin həlledici oyunları baş tutub.

Qaynarinfo xəbər verir ki, seçmə mərhələnin final oyununa vəsiqə qazanan Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi gərgin final oyunun yekununda İrlandiya yığmasına 21:20 hesabı ilə qalib gəlib.

Bu qələbə sayəsində komandamız Avropa Kuboku 2026-nın final mərhələsinə vəsiqə qazanıb. Turnirin final mərhələsi 11-13 sentyabrda Belçikanın Antverpen şəhərində keçiriləcək.
 
18.57
 
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa Kubokunun seçmə mərhələsində yarımfinal oyununa çıxıb.

Qaynarinfo-nun məlumatına görə, yığma Kosovo millisi ilə üz-üzə gəlib. Bakı vaxtı ilə 18:00-da start götürən qarşılaşma Azərbaycan yığmasının 21:5 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli finalda İrlandiya - Kipr cütünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, yığma daha əvvəl Kipr (16:10) və Maltadan (15:14) güclü olub.
--> -->