Azərbaycan
millisi bu gün UEFA AVRO-2020-nin seçmə mərhələsində sonuncu oyununa çıxacaq.
"Report”
xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Slovakiya yığmasının
qonağı olacaq. Trnavadakı Anton Malatinski adına stadionda baş tutacaq matç
Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Cari
tskilda bu komandalar arasında iyunun 11-də "Bakcell Arena”da keçirilmiş
qarşılaşmada qonaqlar 5:1 hesabı ilə qalib gəliblər. Görüşdə hesabı 8-ci dəqiqədə
Stanislav Lobotka açıb. 27-ci dəqiqədə Yuray Kuçka cərimə zərbəsindən baxımlı
qola imza atıb. Bundan 2 dəqiqə sonra Ramil Şeydayev fərqlənməklə Azərbaycan
millisini ümidləndirib. Lakin 1 dəqiqə sonra Slovakiya yığmasının kapitanı
Marek Hamşik fərqi yenidən artırıb. O, 57-ci dəqiqədə özünün 2-ci, komandasının
4-cü qolunu vurub. Son nöqtəni isə 85-ci dəqiqədə David Hançko qoyub.
Slovakiya
ilə Azərbaycan milliləri dünya və Avropa çempionatlarının seçmə mərhələlərində
8-ci dəfə üz-üzə gələcəklər. İndiyə qədər baş tutmuş 7 matçdan 6-da rəqib qalib
gəlib. 6 iyun 2001-ci ildə Bakıda DÇ-2002-nin seçmə mərhələsi çərçivəsində
keçirilən oyunda isə Azərbaycan millisi hələlik yeganə olan qələbəsini qazanıb
– 2:0. Tofiq Bəhramov adına Respublika stadionunda Vadim Vasilyevlə Zaur
Tağızadə fərqləniblər.
E
qrupunda 1 xalla sonuncu pillədə qərarlaşan Azərbaycan millisi Avropa
çempionatına vəsiqə şansını itirsə də, rəqibin belə bir imkanı var. Lakin Pavel
Hapalın baş məşqçi olduğu komadanın taleyi öz əlində deyil. Hazırda 10 xalla
4-cü pillədə qərarlaşan Slovakiya son oyunda qalib gəlməklə yanaşı, 12 xalla
2-ci sırada yer alan Macarıstanın paralel keçiriləcək Uelslə səfər matçında xal
itirməsinə ümid bəsləməlidir. Bu komandaların xalları bərabər olacağı təqdirdə,
slovakiyalılar şəxsi oyunlarda üstün olduqları üçün (2:0, 2:1) AVRO-2020-yə düşəcəklər.
Azərbaycan
millisinin heyətində iki itki var. Hücumçu Rüfət Dadaşovla müdafiəçi Maksim
Medvedev zədə üzündən hələ Uelslə oyundan əvvəl heyətdən çıxarılıblar. Əvəzində
britaniyalıların 2:0 hesabı ilə qalib gəldikləri matçı buraxan Eddi İsrafilov
komandaya qoşulub.
AVRO-2020
Seçmə
mərhələ, E qrupu
19
noyabr
23:45.
Slovakiya - Azərbaycan
Baş
hakim: Sergey Boyko
Yan xətt
hakimləri: Vladimir Volodin və Semyon Şlonçak
Dördüncü
hakim: Vitali Romanov (hamısı Ukrayna)
Hakim-inspektor:
Kevin Azzopardi (Malta)
UEFA
nümayəndəsi: Skot Struters (Şotlandiya)
Trnava,
Anton Malatinski adına stadion
Şərhlər