Xəbər lenti

Ekonomiks 09:33 21.11.2023

Azərbaycan nefti 3 dollardan çox bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3.19 ABŞ dolları və ya 3.8% artaraq 86.86 ABŞ dollarına yüksəlib.

Dünən hərracların nəticələrinə görə, "Brent” markalı neftin yanvar fyuçersləri 81,92 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->