XƏBƏR LENTİ

09:20
Kölgə

Şərhlər

Xəbər lenti

09:20
Kölgə
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Ekonomiks10:13 18.08.2026

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,24 dollar və ya 1,34% azalaraq 91,31 ABŞ dolları olub.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti 90,16 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,18 ABŞ dolları və ya 1,32 % azalaraq 88,2 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.