Xəbər lenti

Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alındı
İdman 14:42 21.10.2023

Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alındı

Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb.

Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, II dövrənin Tovuzda keçirilən açılış matçında gerçəkləşib.

X turun "Turan Tovuz”la "Qarabağ” arasında oyununu 6000 tamaşaçı izləyib. Bu, 2023/2024 mövsümünün yeni rekordudur. Əvvəlki ən yüksək göstərici IX turun "Neftçi” – "Qarabağ” qarşılaşmasına (0:2) məxsus idi. Azərbaycan derbisində 5400 izləyici olub.

Qeyd edək ki, "Turan Tovuz” – "Qarabağ” görüşü 2:2 hesabı ilə başa çatıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->