Xəbər lenti

Azərbaycan rəssamları Almaniyada keçirilən beynəlxalq sərgidə iştirak edib (FOTO)
Sənət 13:30 11.11.2023

Azərbaycan rəssamları Almaniyada keçirilən beynəlxalq sərgidə iştirak edib (FOTO)

Bu il noyabr ayının ilk həftəsində Almaniyanın Frankfurt şəhərində keçiriləm ənənəvi "Frankfurt Discovery Art  Fair 2023"də Azərbaycanı rəssamlar - Fərid İsmayılov, Kənan Əliyev və Namiq Hüseynov təmsil edib.

Almaniyada yaşayan həmyerlimiz Fərid İsmayılovun rəhbərlik etdiyi "Qallery İsmayılov"  qalareyasının təşkilatçılığı ilə sərgiyə Azərbaycandan heykəltəraşlar Kənan Əliyev və Namiq Hüseynov qatılıb. Sərgidə dünyanın bir çox tanınmış rəssam və heykəltəraşları iştirak edib. 

Bu ilin may ayından başlayan dünya üzrə seçimlərdə 1000 nəfərdən çox rəssamın qatıldığı müsabiqədən münsiflər heyətinin seçdiyi 112 rəssam içərisində Azərbaycan təmsilçiləri də olub. 

Namiq Hüseynov "Qarabağ atı", "Şərq nağılı" və "Güzgülü qız" bronza heykəlləri, Kənan Əliyev "Xəlvəti gecə", "Hamilə qadın", "Skiripkaçı qız" və "Mələk" bronza əsərləri, Fərid İsmayılov isə "Zamanda Səyahət" triptix, kətan yağlı boya, "Vətəndən meyvələr" kətan yağlı boya, "Afrika təəssüratları", silsilə portretlər, Milli miniatüralar" silsilə portretlər, kətan yağlı boya, "Cəngəllikdə portret", "Nonanın portreti" yağlı boya ilə çəkilmiş əsərləri ilə iştirak edib.

Qeyd edək ki, Fərid İsmayılov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında və Bonn İncəsənət akademiyasında Prof.Dr. Ulrika Eller Ruterin emalatxanasında təhsil alıb, bir çox yerli və beynəlxalq sərgilərin iştirakçısıdır. 2013-cü ildən Almaniyada yaşayır. 
 

Kənan Əliyev (solda) və Fərid İsmayılov

Kənan Əliyev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Xalq rəssamı akademik, Ömər Eldarovun və Tokay Məmmədovun emalatxanasında təhsil alıb. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dərs deyir. 58 Venesiya Bieannalisinin və bir çox beynəlxalq və yerli sərgilərin iştirakçısı olub.
 

Namiq Hüseynov

Namiq Hüseynov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Xalq rəssamı akademik Ömər Eldarov və Tokay Məmmədovun emalatxanasında təhsil alıb. Azərbaycan Rəssamlar İttifaqının üzvü və bir çox beynəlxalq və respublika sərgilərinin iştirakçısı olub.
 



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->