Xəbər lenti

İdman 12:12 13.01.2023

Azərbaycanda cüdo məşqçisi vəfat etdi

Azərbaycanda cüdo məşqçisi dünyasını dəyişib.
 
Azərbaycan Cüdo Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə yanvarın 12-də Bakı şəhəri 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin cüdo üzrə baş məşqçisi Rüfət Süleymanov vəfat edib.

O, 25 sentyabr 1983-cü ildə anadan olub. 2003-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 2004-2012-ci illərdə  Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində cüdo məşqçisi kimi fəaliyyət göstərib. Onun tələbələri Azərbaycan birinciliklərinin və beynəlxalq yarışların qalibləri və mükafatçıları olublar.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->