Xəbər lenti

Azərbaycanda iki dövlət qurumunun ləğvinə başlanıldı
Ölkə 13:29 15.01.2025

Azərbaycanda iki dövlət qurumunun ləğvinə başlanıldı

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ləğv edilməsinə başlanılıb.

Qaynarinfo İqtisadiyyat.az-a istinadən xəbər verir ki, hər iki mərkəz kreditorlarına müraciət edib.

Müraciətdə deyilir ki, kreditorlar iki ay ərzində tələblərini paytaxtın Nərimanov rayonu rayonu, Şahin Mustafayev küçəsi, ev 27/121 A, mənzil - ünvanına bildirə bilərlər.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən ilin noyabrında "Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında” Sərəncam imzalayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->