"Azərbaycanda hazırda durum çox da kritik deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında infeksionist-həkim Namiq Nəbiyev bir çox ölkələrdə COVID-19-un yeni ştamı olan "Eris"ə yoluxanların sayının artmasının səbəbləri haqqında danışarkən deyib.
Həkim bildirib ki, bu artım həm də Türkiyədə müşahidə edilməkdədir:
"Orada 9 nəfərdə bu virusun aşkarlanması təsdiq olunub. Azərbaycanda bu xəstəlik ola bilərmi? Əlbəttə ola bilər, ancaq yoluxmanın çox olacağına inanmıram. Belə ki, bizdə quru yollar bağlıdır, ölkəyə yalnız hava yolu ilə giriş-çıxış mümkündür".
İnfeksionist hesab edir ki, bu səbəbdən Azərbaycanda karantin qaydalarının sərtləşməsinə ehtiyac yoxdur:
"Əgər olarsa, yenidən təyyarə ilə gedib-gələnlərdən COVID-19-la bağlı test götürülməsi ola bilər”.
Bahar Rüstəmli
Şərhlər