Xəbər lenti

Azərbaycanda son sutkada koronavirusa yoluxanların və sağalanların sayı açıqlandı
Ölkə 15:38 18.09.2020

Azərbaycanda son sutkada koronavirusa yoluxanların və sağalanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 117 yeni yoluxma faktı qeydə alınıb, 135 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 38894 nəfər koronavirus infeksiyasına yoluxub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, onlardan 36424 nəfər müalicə olunaraq sağalıb, 572 nəfər vəfat edib, aktiv xəstə sayı 1898 nəfərdir.

Ölkədə son sutka ərzində 5898, hazırkı dövrədək isə 1041184 test aparılıb.

 
--> -->