Yevlaxda xəstəxanada yanğın baş verib.
	
Fövqəladə Hallar Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, şəhər Mərkəzi Xəstəxanasının yerləşdiyi dördmərtəbəli binanın üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb. Yüksək temperaturdan 3-cü mərtəbənin tavanı 5 m² sahədə əriyib.
 
	
Yanğın zamanı 8 nəfər xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
	
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 
             
            
Şərhlər