Xəbər lenti

Azərbaycanda yeni siyasi təşkilat -
Siyasət 14:03 08.12.2023

Azərbaycanda yeni siyasi təşkilat - "III Respublika Platforması"nda kimlər təmsil olunur?

Ötən gün Azərbaycanda bir qrup ictimai-siyasi şəxs tərəfindən "III Respublika Platforması" adlı siyasi təşkilat yaradılıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə III Respublika Platformasının təşkilatçıları bəyan ediblər.

Platformanın Qurucu üzvləri (təsisçilər) arasından qurumun fəaliyyətinə rəhbərlik edəcək Qurucu Heyət seçilib.
 
7 nəfərdən ibarət Qurucu Heyətin üzvləri aşağıdakılardır: Akif Qurbanov, Araz Əliyev, Elman Fəttah, Rövşən Ağayev, Ruslan İzzətli, Səməd Rəhimli, Yadigar Sadıqlı.
 
Artıq Qurucu Heyətin ilk iclasını keçirilib. Heyət Platformanı təmsil etmək, qərarların icrasını təşkil etmək üçün 1 il müddətinə Akif Qurbanovu spiker seçib.

Təşkilatın yaydığı bəyanatda bildirilir ki, onların fəaliyyətinin ağırlıq mərkəzi təməl hüquq və azadlıqların təminatını hədəfləyən fəal iştirakçılıq əsasında ölkənin taleyüklü məsələləri ilə bağlı ictimai rəyin formalaşdırılması olacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->