Xəbər lenti

Ekonomiks 17:10 17.09.2023

"Azərbaycandan 100 milyon kubmetr qaz almışıq" - Macar nazir

"Ukraynadakı münaqişə nəticəsində əvvəlki marşrutlar pozulduğu üçün Macarıstan indi neft və qaz tədarükü üçün yeni marşrutlar axtarmağa məcburdur".

Qaynarinfo "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

Macarıstan XİN rəhbərinin sözlərinə görə, Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq sayəsində bu sahədə ciddi imkanlar açılır:

"Buna görə də bizim yeni əlaqələrə, yeni təchizat marşrutlarına ehtiyacımız var və türk dövlətləri Şərqlə Qərb arasında körpü olmaq üçün çox yaxşı fürsət təqdim edir".

Diplomat onu da qeyd edib ki, Macarıstan Türkiyə ilə müqavilə imzalayıb və anlaşmaya əsasən, yeni ilin əvvəlində ondan 275 milyon kubmetr qaz alacaq.

"Bu il Macarıstan Azərbaycandan 100 milyon kubmetr qaz alıb. Türkmənistan və Qətərdən qaz almaq planları var", deyə Macarıstanın xarici işlər naziri bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->