XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycanın 6 atleti mübarizəni dayandırdı
İdman19:22 22.07.2019

Azərbaycanın 6 atleti mübarizəni dayandırdı

Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalının atletika yarışları davam edir.
Qaynarinfo  APA-ya  istinadən xəbər verir ki,  Azərbaycan millisinin daha iki üzvü qüvvəsini sınayıb.
Qızların 400 m məsafəyə qaçışında Nika Məmmədova mübarizə aparıb. O, 1 dəqiqə 03,34 saniyə nəticə göstərib. I mərhələnin 24 iştirakçısı arasında sonuncu olan atlet mübarizəni dayandırıb.
Oğlanların uzunluğa tullanma yarışında da təmsilçimiz uğursuz çıxış edib. Təsnifatda 5,74 m nəticəyə imza atan Məmmədağa Məmmədov sonuncu – 20-ci yerlə kifayətlənib.
Qeyd edək ki, bu gün səhər sessiyasında da 4 idmançımız mübarizəni dayandırıb.