Siyasət 14:10 22.05.2023

"Azərbaycanın 86,6 min kvadrat km ərazisinə Dağlıq Qarabağ da daxildir" - Paşinyan

"Azərbaycan ərazisi 86,6 min kvadrat kilometrdir. Buna Dağlıq Qarabağ daxildir". 

Qaynarinfo xəbər verir ki, bunu bazar ertəsi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Bundan əvvəl Avropa Şurasının Reykyavikdə keçirilən sammitində çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisi daxilində ərazi bütövlüyünü tanıdığını bəyan edib. 

Mətbuat konfransı zamanı Ermənistan hökumətinin Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb-tanımaması ilə bağlı sualı cavablandıran Paşinyan qeyd edib ki, ölkənin bütün hökumətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

"Və əgər Azərbaycanla mən bir-birimizi düzgün başa düşürüksə, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü müəyyən edilmiş - 29 800 kvadrat kilometr daxilində tanıyır”, - deyə o bildirib.

Aydın