Video 15:28 12.03.2023

Azərbaycanın ilk qorxu filmi təkrar nümayiş ediləcək (VİDEO)

Azərbaycanın ilk qorxu filmi "Xənnas” 6 il sonra yenidən kinoteatrlarda nümayiş ediləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə layihənin rejissoru Elvin Abdulla məlumat paylaşıb. 

"Tamaşaçıların çoxsaylı xahişini nəzərə alaraq, 6 ildən sonra yenidən böyük ekranlarda! İkinci dəfə Azərbaycanın bütün kinoteatrlarında! 6 apreldən etibarən "Xənnas" filmini izləyə bilərsiniz. Qeyd etmək yerinə düşər ki, ölkə tarixində ilk dəfə hansısa film təkrar kinoteatr yayımına girir", deyə Elvin Abdulla yazıb.

Qeyd edək ki, filmdə Hikmət Rəhimov, Pərvin Abıyeva, Zarina Qurbanova, Türkay Cəfərli, Azər Aydəmir kimi sənətçilər yer alıb.