Xəbər lenti

Azərbaycanlı jurnalist Qazaxıstanda nüfuzlu mükafata layiq görüldü (FOTOLAR)
Ölkə 20:12 11.02.2025

Azərbaycanlı jurnalist Qazaxıstanda nüfuzlu mükafata layiq görüldü (FOTOLAR)

"Azxeber Media”nın direktoru Əfsələddin Ağalarov Oljas Sülyemanov adına "Xalqlar Dostluğu” mükafatına layiq görülüb.


Qaynarinfo xəbər verir ki, jurnalist mərkəzi Almatı şəhərində yerləşən YUNESKO-nun Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin direktoru, Qazaxıstanın ictimai-siyasi xadimi, SSRİ-nin xalq yazıçısı, Azərbaycanın yaxın dostu Oljaz Süleymanov tərəfindən "Xalqlar Dostluğu" ordeni ilə təltif edilib.


Oljaz Süleymanov jurnalisti bu mükafata Qazaxıstan və Azərbaycanın media və ictimai münasibətlərindəki fəaliyyətinə görə layiq görüb.


Ordeni ictimai-siyasi xadimin köməkçisi, mərkəzin direktor müavini Saltanat Aşimova təqdim edib.


Qeyd edək ki, Oljaz Süleymanov 1991-ci ildə Qazaxıstanda milli müstəqillik elan olunduqdan sonra ölkənin ictimai-siyasi, mədəni həyatında yaxından iştirak etmiş və etməkdə davam edir. Hazırda YUNESKO-da Qazaxıstanın səlahiyyətli nümayəndəsi kimi fəaliyyət göstərir.


O.Süleymanov Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 2006-cı ildə "Şöhrət" ordeni, 2011-ci ildə "Dostluq” ordeni, 2020-ci ildə isə "Şərəf” ordeni ilə təltif edilib.





Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->