Ekonomiks 09:22 30.06.2022

"Azəriqaz" bu il “ASAN Kommunal” və “ASAN xidmət”də 180 min xidmət göstərib

Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi "ASAN Kommunal” və "ASAN xidmət” mərkəzlərində vətəndaşlara 180 195 xidmət göstərib.

Qaynarinfo bu barədə "Azəriqaz”a istinadən xəbər verir.

Məlumata görə, vətəndaşlara xidmət 21 növ xidmət üzrə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən 3 "ASAN Kommunal” mərkəzlərində, regionlarda isə 14 "ASAN xidmət” mərkəzlərində (Şamaxı, Kürdəmir, Gəncə, Masallı, İmişli, Sabirabad, Tovuz, Mingəçevir, Ağcabədi, Bərdə, Quba, Şəki, Balakən və Qəbələ şəhərlərində) göndərilib. Əsas məqsəd istehlakçılardan daxil olan müraciətlər əsasında qaz təchizatı ilə bağlı hərtərəfli xidmətin təşkil edilməsi, yeni ideyalar, innovasiyalar tətbiq etməklə vətəndaşlara ən keyfiyyətli xidmətlər təklif etməkdən ibarətdir.