XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Bakı Abadlıq Xidməti" külli miqdarda cərimə oluna bilər
Ekonomiks13:49 29.05.2024

"Bakı Abadlıq Xidməti" külli miqdarda cərimə oluna bilər

"Bakı Abadlıq Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.
Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.
İş Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun icraatındadır. 
Qeyd edək ki, "Bakı Abadlıq Xidmətləri" MMC-nin baş direktoru Binnət Əli Qasımovdur. 
Əhməd