Ölkə əhalisinin sayı ilin əvvəlindən 14215 nəfər və ya 0,14 faiz artaraq 2026-cı il avqust ayının 1-i vəziyyətinə 10276566 nəfərə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Bu ilin yanvar-iyul aylarında 22 min 130 nikaha daxilolma və 11 min 678 boşanma qeydə alınıb. Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 3,7-yə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2) qalıb.
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 696 əkiz, 60 üçəm doğulub. Dövlət Statistika Komitəsi bildirib ki, 48 954 doğulan körpə qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum sayı 9,2-dən 8,2-yə enib. Doğulan körpələrin 53,4 % oğlanlar, 46,6 % isə qızlar təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında ölkədə 35 829 ölüm halı qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,9-dan 6-a qədər artıb.
Şərhlər