Xəbər lenti

Bakı-Qazax yolunda ağır qəza: Ölən və yaralananlar var
Ölkə 09:33 30.12.2022

Bakı-Qazax yolunda ağır qəza: Ölən və yaralananlar var

Bakı-Qazax şosesində ağır yol qəzası baş verib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə şosenin Qaradağ rayonu ərazisinə düşən hissəsində - Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.

1984-cü il təvəllüdlü Əsədullayev Emin Nadirşah oğlunun idarə etdiyi "VAZ-21014” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan "KamAz” markalı yük maşınına çırpıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü E.Əsədullayev və sərnişin - 1993-cü il təvəllüdlü Şahbabayev Xanbaba Sübhan oğlu ağır bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Avtomobildə olan digər sərnişin (ad və soyadı dəqiqləşdirilir) hadisə yerində ölüb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->