Xəbər lenti

Foto 12:00 21.12.2023

Baş prokuror: “Heydər Əliyev Hüquq fakültəsini tamamilə xalqın fakültəsinə çevirdi”

"Ulu öndər Heydər Əliyev Hüquq fakültəsini tamamilə xalqın fakültəsinə çevirdi”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik və Hüquq fakültəsinin 95 illik yubileylərinə həsr olunmuş "Hüquq elminin və təhsilinin müasir inkişaf tendensiyaları” mövzusunda Beynəlxalq elmi konfransda deyib.

Baş prokuror qeyd edib ki, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrdə Hüquq fakültəsinin əsas inkişaf istiqamətlərindən biri buraya tələbə kimi daxil olmaqda mövcud maneələrin aradan qaldırılması olub:

"Ümummilli lider Heydər Əliyevə qədər Hüquq fakültəsinə daxil olanlar əsasən o dövrdə partiya və digər dövlət orqanlarının vəzifəli şəxslərinin övladları idisə, dahi lider bu bürokratik mexanizmi sındırdı, Hüquq fakültəsini tamamilə xalqın fakültəsinə çevirdi. Əsas məsələlərdən biri də, o dövrdə hüquq təhsili və elmi sahəsində çalışan alimlərin milliləşdirilməsi olub".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?