Xəbər lenti

Basketbol:
İdman 09:39 09.12.2025

Basketbol: "Sabah" Çempionlar Liqasında növbəti oyununa çıxacaq

"Sabah" basketbol komandası Çempionlar Liqasında bu gün növbəti oyununa çıxacaq.

Qaynarinfo-nun məlumatına görə, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda Çexiyanın "Nimburk" klubu ilə üz-üzə gələcək.

Qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, "Sabah" B qrupunda 4 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb. Çexiya təmsilçisi 5 xalla üçüncüdür. Fransanın "Elan Şalon" kollektivi 8 xalla liderdir. Almaniyanın "Alba" (Berlin) komandası isə 7 xalla ikinci sıradadır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->