Xəbər lenti

Bayden ailəvi istirahət üçün “düşməninin” evini icarəyə götürüb
Dünya 20:05 19.08.2023

Bayden ailəvi istirahət üçün “düşməninin” evini icarəyə götürüb

ABŞ prezidenti Co Bayden ailəsi ilə birlikdə Qlenbruk kəndində yerləşən Taho gölündəki evə tətilə gedib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" yazır.
 
Nəşrin məlumatına görə, siyasətçi 2020-ci il prezident seçkilərində keçmiş rəqibi, milyarder Tom Steyerə məxsus şəxsi binanı icarəyə götürüb.

"Stayer investor, ətraf mühit fəalı və Demokrat Partiyasının meqadonorudur. O, Baydenin qazandığı Cənubi Karolina Demokratik birinciliyində üçüncü yeri tutduqdan sonra 2020-ci ilin fevralında prezidentlik kampaniyasını dayandırıb. Qlenbrukdakı bir evin orta qiyməti 2023-cü ilin iyul ayına təxminən 8,4 milyon dollar təşkil edib”, deyə qeyd edilib.

"Bloomberg"ə görə, Bayden həyat yoldaşı Jill, uşaqları və nəvələri ilə birlikdə təxminən bir həftə Stayerin evində qalmağa hazırlaşır. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->