Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ prezidenti Co Bayden Şimali Koreya lideri Kim Çen İnlə görüşmək istəyir.
Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna Kyodo-ya istinadən məlumat
yayıb.
Onun sözlərinə görə, Bayden heç bir ilkin şərt olmadan Şimali Koreya lideri ilə görüşməyə hazırdır.
"Biz ilkin şərt olmadan oturub danışıqlara hazırıq”, - Kirbi bildirib.
O, Şimali Koreyanın hələlik bu təklifə müsbət cavab vermədiyini də bildirib.
Xatırladaq ki, Baydenin sələfi Donald Tramp da Kim Çenlə görüşüb. Onların son görüşü 30 iyun 2019-cu ildə baş tutub. Həmin vaxt onlar Şimali və Cənubi Koreya arasında hərbisizləşdirilmiş zonada görüşüblər.
Daha sonra Tramp bildirib ki, Şimali Koreya lideri ilə ilk görüşündən bu yana çox şey əldə ediblər və iki ölkənin sərhədindəki silahsızlaşdırılmış zona əvvəlkindən daha dinc məkana çevrilib.
Nizami Bağırov
Şərhlər