Fransa prezidenti Emmanuel Makron NATO sammitində çıxışı zamanı Co Baydeni Volodimir Zelenskini "Prezident Putin” və ABŞ-ın vitse-prezidenti Kamala Harrisi "Tramp” adlandırdıqdan sonra onu dəstəkləyib.
Bu barədə Qaynarinfo "Ukrinform”a
istinadən xəbər verir.
Makron bu cür səhvlərə "hörmətlə” yanaşmağa çağırıb.
"Hamımız zaman-zaman səhv edirik. Bu, mənim də başıma gəlib və şübhəsiz ki, sabah da başıma gələ bilər", - Fransa prezidenti deyib.
O, əmin edib ki, Bayden bütün məsələlərdə bilgili, təcrübəli və Avropaya sadiq bir şəxs olaraq qalır.
Fransa prezidenti Baydenlə uzun müddət söhbət etdiyini və onu kənardan dinlədiyini də qeyd edib:
"Mən həmişə olduğu kimi, yaxşı bildiyi məsələlərlə məşğul olan, təcrübəsi olan bir prezident gördüm. Onun Avropa haqqında biliyi və ona sadiqliyi nümunəvidir və deməliyəm ki, Fransa, Avropa və Ukrayna belə fədakar prezidentə malik administrasiyaya sahib olduqları üçün çox şanslıdırlar”, - Makron bildirib.
Xatırladaq ki, iyulun 11-də NATO sammitində çıxışlarından birində Ukrayna prezidentinə söz verən Co Bayden Volodimir Zelenskini "Prezident Putin” kimi təqdim edib. O, səhvini tez anlayıb və Putini məğlub etməyə çox diqqət ayırdığını söyləyib. Zelenski buna gülərək "Mən [Putindən] daha yaxşıyam” deyib.
Nizami Bağırov
Şərhlər