Dünya 11:35 26.06.2022

BƏƏ-yə məxsus qaz şirkətinə növbəti raket hücumu

Birləşmiş Ərəb Əmirliklərinin qaz şirkətinin İraqın şimalındakı qərargahına 4 gündə 3-cü raket hücumu olub.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Kürdüstan Regional Terrorla Mübarizə Qrupu iyulun 25-i elan edib ki, BƏƏ-nin "Daneh Gaz" şirkətinin nəzdində fəaliyyət göstərən "Khor Moor" qaz yatağına 6 raket atılıb.

Rəsmi məlumatda itkilərlə bağlı informasiya verilməyib. "Reuters" agentliyi İraq təhlükəsizlik mənbələrinə istinadən xəbər verib ki, əvvəlki iki raket hücumu heç bir itkiyə səbəb olmayıb.

İlk raket hücumu ötən çərşənbə, ikincisi isə cümə günü həyata keçirilib. Hücumlara görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib. Lakin "Reuters" xəbər verir ki, bəzi İraq rəsmiləri hücumları İranın dəstəklədiyi qüvvələrin həyata keçirdiyini düşünür.

Qeyd edək ki, "Daneh Gaz" özəl enerji şirkətidir, təsisçisi və ən böyük səhmdarı Birləşmiş Ərəb Əmirliklərinin "Crescent Petroleum" şirkətidir.

M.Arif